Ziya Bünyadov prospektində hərəkət bərpa edilib-FOTO

Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük maşını aşıb. Hadisə nəticəsində avtomobildə olan maye yola dağılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.