Ərdoğan:“Erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ bölgəsində son zamanlar törətdiyi təxribatlara münasibət bildirib.

Dövlət başçısı Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərin məsələ ilə bağlı suallarını cavablandırıb.

“Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur. Orada Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub. Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, – o bildirib.

“Report”

Əvvəlki məqalə

Rusiya və Hindistan SWIFT-in analoqunu yaradıblar

Sonrakı məqalə

Mədəniyyət Nazirliyi ilə Yunus Emre İnstitutu arasında Protokol imzalanıb