Əbu-Dabidə ən uzun əl sıxma mərasimi Ginnesin Rekordlar Kitabına düşüb
Birləşmiş Ərəb Əmirliklərində dünyanın ən uzun əl sıxma mərasimi keçirilib.
Belə ki, 1817 nəfərdən ibarət insan zənciri Əbu-Dabinin Umm Al Emarat parkında “Vahid dünya - tək mesaj” adlı tədbirdə bir-birinin əlini sıxaraq dünya rekorduna imza atıb.
AZƏRTAC Emirates informasiya agentliyinə istinadla xəbər verir ki, təşəbbüs Əbu-Dabi polis departamentinin gənclər Şurası tərəfindən Roma Papası Fransisk və Böyük Əl-Əzhar İmamının görüşməsinin birinci ildönümü münasibətilə irəli sürülüb. Həmin görüşdə insanların qardaşlığı haqqında sənəd imzalanmışdı. Mərasimdə BƏƏ-nin analıq məsələləri üzrə Ali şurasının sədri Fatima bint Mübarək və Tolerantlıq naziri Nəhyan bin Mübarək Əl Nəhyan iştirak ediblər.
Mərasimin sonunda Ginnesin Rekordlar Kitabının sertifikatı BƏƏ-nin yüksək vəzifəli şəxslərinə təqdim edilib.
Əlaqəli xəbərlər
-
"Rusiya TRIPP layihəsini qəbul etmədi" – Ermənistanın keçmiş təhlükəsizlik katibindən açıqlama
-
Çubays Rusiyanın iqtisadi gələcəyini açıqladı - "10 il fəlakət olmayacaq"
-
İslam Kərimovun qızını müsadirə edilmiş milyonları ölkəsinə qaytarılır
-
Ukrayna ilə bağlı danışıqlara Avropa da qoşulur – Fon der Lyayen açıqladı
Növbəti xəbər yüklənir...