Azərbaycanda xarici fiziki şəxslərin depozitlərindəki azalma 2012-ci ildən bu tərəfə müşahidə edilən ən aşağı həddə — 371.6 mln. manat həddinə düşüb. Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 2020-ci ilin 1 mayında respublika ərazisində qeyri-rezidentlərin depozitlərində azalma  son bir ay ərzində 19%, illik müqayisədə isə 38% azalmalı olub. Qeyri-rezidentlərin hesabat dövründə, depozitlərinin 101.2 mln. manatı milli valyuta manat, 270.4 mln. manatı isə xarici valyuta təşkil edib. Bildirməliyik ki, cari ilin 1 yanvarda 434.2  mln. manat, fevralda 423.1 mln. manat, 1 martda 621.3 mln. manat və 1 apreldə isə 457 mln. manat qeyri-rezidentlərin depozitləri vardı. Bununla da son bir ayda milli valyutada depozitlərin 10% (10.6 mln. manat) və xarici valyutada isə 22% (74.7 mln. manat) azalma olmuşdur. Qeyd edək ki, 1 may 2020-ci il tarixinə Azərbaycanda fiziki şəxslərin 7 milyard 758 mln. manat depozitləri var.  Bu isə son bir ayda 493.7 mln. manatlıq azalma olması deməkdir. Mərkəzi Bank isə buna aydınlıq gətirərək bildirib ki, bu aprel ayının 24-də bağlanan iki bankla əlaqəlidir. (Banker.az)