Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub.
70 yaşında vəfat edən Baloğlan Əşrəfov bu səhər doğulduğu Bədəlan kəndinin qəbiristanlığında, atasının məzarının yanında torpağa tapşırılıb. Pandemiya tədbirləri ilə əlaqədar xüsusi vida mərasimi təşkil olunmayıb.
O, bir neçə həftə əvvəl koronavirusa yoluxmuşdu və ev şəraitində müalicə alırdı.