Səudiyyə Ərəbistanı müsəlmanlara müraciət etdi: "Həcc ziyarətinə gəlməyə hazırlaşmayın!"
Səudiyyə Ərəbistanının Həcc ziyarətinin Təşkili üzrə naziri Məhəmməd Banten televiziya müraciətində müsəlmanları koronavirus pandemiyasi ilə bağlı qeyri-müəyyənlik səbəbindən Həcc ziyarətinə hazırlıqları təxirə salmağa çağırıb.
Azərtac "BBC News" telekanalına istinadla xəbər verir ki, nazir xüsusən müsəlmanlardan bu məqsədlə tur bronlamamağı xahiş edib.
Bir müddət öncə ölkə hökuməti Ümrə ziyarətini qadağan etmişdi.
Nazirin sözlərinə görə, hazırda məmurlar əsasən Ümrə ziyarətinə gələnlərin qaldığı otellərdə yoxlamalar aparır. Otellərin müştərilərindən ya ölkədən çıxmaq, ya da özlərini izolyasiya etmək tələb olunur.
Bu ilki Həcc ziyarəti iyul-avqust aylarına təsadüf edir. Krallıq ziyarət dövründə təxminən 2 milyon zəvvar qəbul etməyi planlaşdırırdı.
Hazırda Səudiyyə Ərəbistanında Məkkə, Mədinə və Ər-Riyad şəhərlərinə giriş bağlanılıb, krallıqda beynəlxalq sərnişin daşımaları dayandırılıb, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb.
İndiyə qədər ölkədə 1563 nəfər yeni koronavirusa yoluxub, 10 nəfər isə bu xəstəlikdən həyatını itirib.
Əlaqəli xəbərlər
-
10 min manatı banka qoyaq, yoxsa dollar alaq? - Mərkəzi Bankın rəqəmləri nə deyir?
-
Amerikalı milyarder “Lukoyl”un 16 milyardlıq aktivlərini aldı - Orta Dəhliz də portfeldədir
-
Temu-nun ucuz qiymətləri niyə araşdırılır? – Rəqabət Məcəlləsinin 3 maddəsi pozulub / RƏSMİ
-
Pensiyaçının 500 manatı gələn il neçə manat olacaq? - sosial ödənişlər üçün milyardlar ayrılır
Növbəti xəbər yüklənir...