Ölkədə çətin vəziyyətə baxmayaraq Əfqanıstanın milli valyutası dünyanın ən gəlirli valyutalarından birinə çevrilib.
Azpost.info bildirir “Bloomberg” Agentliyi Əfqanıstan valyutasının məzənnə dinamikasını təhlil etdikdən sonra bu qənaətə gəlib.
Nəşrin məlumatına görə, son bir il ərzində Əfqanıstan valyutası 14 faiz yüksəlib, 2023-cü ilin üçüncü rübündə isə 9 faiz də möhkəmlənib.
Agentlik Əfqanıstanın güclənməsinin səbəbləri arasında ölkədəki maliyyə siyasətini qeyd edib. Belə ki, Taliban hökuməti dövlət daxilində ABŞ dolları və Pakistan rupisi ilə maliyyə əməliyyatlarını qadağan edib. Həmçinin dolların Əfqanıstandan kənara çıxarılmasına görə cəzalar tətbiq edib.
Əfqanıstanın Asiya ölkələri ilə ticarət də inkişaf edir.
Lakin “Bloomberg” hesab edir ki, Əfqanıstanın məzənnəsinin artımı ölkədəki qeyri-sabit vəziyyət səbəbindən qısamüddətli olacaq. Əfqanıstanda işsizlik artır və kənd sakinlərinin əksəriyyəti ilkin ehtiyacları ödəyə bilmir.