Əfv Komissiyasının iclası keçirilib –

100 -dən çox müraciətə baxılıb (YENİLƏNİB)
16 Fevral 2021 - 20:30

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, iclas çox məhsurdar keçib: “İclası komissiyanın sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev aparıb. İclada ilk dəfə olaraq İnsan Hüquqları üzrə Ombudsman Səbinə Əliyeva da iştirak edib. Komissiyanın bütün üzvləri iclasda təmsil olunurdu. Müzakirələr aparıldı. Güman ki, bir neçə dəfə iclaslarımız olacaq. Təxminən bu gün 100 artıq müraciətə baxıldı. Komissiya ardıcıl və məhsuldar işləyərək Novruz bayramına qədər müraciətlərə baxaraq yekunlaşdıracaq”.

**

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclas videoformatda qruplar halında baş tutub. İclasda komissiyaya daxil olan müraciətlərə baxılıb. (APA)