Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxıldı”.
Qeyd edək ki, bundan əvvəl komissiyanın 3 iclası keçiriib. Həmin iclaslarda ümumilikdə 350-dən artıq müraciətə baxılıb.