Əməkdar artist Ağalar Bayramov xəstəxanadan evə buraxılıb

Əməkdar artist Ağalar Bayramov xəstəxanadan evə buraxılıb.

Bunu APA-nın sorğusuna cavab olaraq, Respublika Klinik Xəstəxanasının direktorunun köməkçisi Günay Quluzadə deyib.

Onun sözlərinə görə, sənətçinin səhhəti qaydasındadır: “Aktyorun səhhəti normallaşıb, özünü yaxşı hiss edir”.

Qeyd edək ki, Əməkdar artist Ağalar Bayramov bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi. Onun beynində qansızma var idi.

Əvvəlki məqalə

Nazarbayev və ailəsi bütün imtiyazlarını itirdi

Sonrakı məqalə

İşdən çıxarılan aparıcı nazirliyə dəvət olundu –