Əfqanıstanda zəlzələdə ölənlərin sayı 950-ni ötüb

Əfqanıstanın şərqində yerləşən Paktika və Host əyalətlərində ötən gecə 6,1 bal gücündə zəlzələ olub.

Azpost.info bildirir ki, Paktika vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 950-ni ötüb.

Rəsmilər təbii fəlakət nəticəsində 600 nəfərin yaralandığı bildirilirlər.

Yerli “TOLOnews” telekanalı yerli hakimiyyət orqanlarına istinadən fəlakət zonasında axtarış-xilasetmə işlərinin davam etdirildiyi barədə məlumat yayıb.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə yeraltı təkanlar Əfqanıstanın paytaxtı Kabillə yanaşı 500 kilometr radiusda yerləşən Hindistan və Pakistan ərazilərində hiss olunub.

Əvvəlki məqalə

Meymun çiçəyi hava-damcı yolu ilə keçmir –

Sonrakı məqalə

Buzovnada dəniz sahilindəki qanunsuz hasarlar sökülür –