Əfv komissiyasının iclası keçirilib –İndiyədək 550-dən çox müraciətə baxılıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə APA-ya komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O bildirib ki, komissiya tam tərkibdə olub: “Komissiyanın işi məhsuldar oldu. Bu gün 100-dən artıq müraciətə baxılaraq qərar verildi. Növbəti iclas martın 4-də keçiriləcək”.

Qeyd edək ki, komissiyada indiyədək 550-dən çox müraciətə baxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şeyxülislam Allahşükür Paşazadə Fransanın “Le Mondе” qəzetinə müsahibə verib

Sonrakı məqalə

Avropa İttifaqı Rusiya güc strutkrularının rəhbərlərinə sanksiya tətbiq etdi