Əli Əsədov BP-nin vitse-prezidenti ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel və Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz ilə görüşüb.

Nazirlər Kabinetindən  verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

BP tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin əhəmiyyəti vurğulandı. Bu kontekstdə işğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə aparılan danışıqlara toxunulub.

Əvvəlki məqalə

Prezidentin Neft və Qaz Sərgisinin açılış mərasimində ÇIXIŞI –

Sonrakı məqalə

Dolların sabaha olan məzənnəsi