Ərdoğan Suriyada anti-terror əməliyyatının başlayacağını bildirib

“Türkiyə ən münasib vaxtda yerüstü antiterror əməliyyatına başlayacaq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O, Suriya və İraqın şimalında hava əməliyyatlarının fasiləsiz davam etdiyini də qeyd edib.

“Təyyarə, artilleriya və PUA-larla həyata keçirdiyimiz əməliyyatlar yalnız başlanğıcdır. Hataydan Hakkariyə qədər bütün cənub sərhədlərimizi hücumlara qarşı təhlükəsizlik zolağı ilə bağlamaq əzmimiz hər zamankından daha güclüdür”, – deyə o bildirib. (APA)

Əvvəlki məqalə

KTMT qüvvələri hərbi təlimlər keçirəcək

Sonrakı məqalə

İran ordusu ölkənin Kürdüstan əyalətinə yeridilib