“Əvvəlki illərdə Ermənistan rəhbərliyi Azərbaycana qarşı əsassız çıxışlar edirdi”-İLHAM ƏLİYEV

Əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində çıxışında deyib.

Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Prezident İlham Əliyev deyib ki, bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyə Ermənistanla danışıqlar üzrə xüsusi nümayəndə təyin etdi

Sonrakı məqalə

Brüsseldə Azərbaycanla Ermənistan liderləri arasında qeyri-formal görüş keçirilib –