TƏBİB-dən Bakıdakı atışma ilə bağlı AÇIQLAMA

Bakıdakı hipermarketdə bu gün baş verən atışma hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 12:21 radələrində çağırış daxil olub.

Bu barədə TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Hadisə nəticəsində xəsarət alan 2 nəfər TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə edilib. Hazırda onlara zəruri tibbi xidmət göstərilir.

1 nəfər hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakının Xətai rayonunda yerləşən hipermarketdə silahlı insident olub.

Əvvəlki məqalə

“ATƏT Rusiya və Ukrayna arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır”

Sonrakı məqalə

Bakıda supermarketdə atışma anının görüntüləri yayıldı