Britaniyanın 127 şirkəti anti-Rusiya sanksiyalarını pozduğunu etiraf edib

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Böyük Britaniya 1600-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, Britaniya təşkilatlarına Rusiyanın 20-dən çox bankı və yüzlərlə oliqarxla işləmək qadağan edilib.

Bu, Londonda indiyə qədər qəbul edilmiş ən böyük sanksiyalar paketidir. Lakin bu cür çoxsaylı tələblər həmişə yerinə yetirilmir. “Financial Times” yazır ki, 127 Britaniya şirkəti könüllü olaraq hökumətə sanksiyaların pozulması barədə məlumat verib.

Böyük Britaniya şirkətləri səhvlərini etiraf etmək və istintaqla əməkdaşlıq etməklə onlara qarşı tətbiq olunacaq cəzaları azalda və ya ondan yayına bilərlər.

Azpost.info

Əvvəlki məqalə

“Avropa İttifaqı Çinlə təmasları davam etdirməlidir”

Sonrakı məqalə

Son 1 həftədə 45 nəfər COVID-19-a yoluxub, 2 nəfər ölüb