150 bal yığanlar üçün ayrılan plan yerlərinin sayı açıqlandı –DİM

Ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10620-dir:

“Ancaq nəzərə almaq lazımdır ki, bu ixtisasların müsabiqəsində 200-dən artıq bal toplayan abituriyentlər də iştirak edə bilərlər”.

O qeyd edib ki, I və IV ixtisas qruplarında kənd təsərrüfatı profilli ixtisaslar üzrə (I qrupda 1060 yer, IV qrupda 400 yer, ümumilikdə 1460 yer) həm dövlət sifarişi əsasında, həm ödənişli əsaslarla ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.

Əvvəlki məqalə

Ali məktəblərə qəbul olmaq üçün ayrılan plan yerlərinin sayı açıqlandı

Sonrakı məqalə

Prezident İsveç, Argentina və Türkmənistanın yeni səfirlərini qəbul edib