“Türkiyə səhiyyə sahəsində dünya liderlərindən olmaq niyyətindədir”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 8-ci Tibb Türk Dünyası Konqresində çıxışı zamanı deyib.
O, Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı ən iddialı hədəflərdən birinin səhiyyə sektoru üzrə olduğunu bildirib: “Türkiyə Cümhuriyyətin 100-cü ildönümündə “Health Türkiye” brendi ilə dünyada səhiyyə sektorunda lider yerlərdən birini tutmaq niyyətindədir”.
Ərdoğan qeyd edib ki, Türkiyədə istehlak edilən 100 dərmandan 89-u yerli məhsuldur.
Azpost.info