17 yaşlı müştəri taksi sürücüsünü bıçaqlayıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Zığ qəsəbəsində baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Böyükxanlı Samir Maqsud oğlu idarə erdiyi avtomobili ilə sərnişini ünvana apararkən yolda onlar arasında mübahisə düşüb.

Hələlik ad və soyadı məlum olmayan 17 yaşlı müştəri taksi sürücüsünə bıçaq zərbələri vurub.

Yaralı yoldan keçən digər sürücülərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.