20-dən çox ölkədən 40-a yaxın səyyahın azad edilmiş ərazilərə səfəri başlayıb

20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyyahın Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Nümayəndə heyətinə dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley başçılıq edir.

Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasıdır.

Qeyd edək ki, bundan əvvəl – ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzurda səfərdə olub. Beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers’ Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.

Bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyyah iştirak edib.

Əvvəlki məqalə

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Azərbaycana gəlir

Sonrakı məqalə

İndoneziya G20 sammitində Putinin təhlükəsizliyini təmin etməyə hazırdır