Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin səfirləri anti-Rusiya sanksiyalarının 9-cu paketinin tətbiqi ilə bağlı razılığa gəliblər,
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” avropalı diplomatlara istinadən yazıb.
Agentlik qeyd edir ki, yeni paket Ukraynadakı münaqişə ilə bağlı tətbiq edilir.
“Sanksiyalar razılaşdırılıb. Cümə günü günortaya qədər onlar yazılı prosedura uyğun olaraq rəsmiləşdiriləcək”, – mənbə bildirib.
Aİ-nin yeni məhdudiyyətləri 200-ə qədər fiziki şəxsə, şirkət və təşkilatlara, o cümlədən 3 bank və hərbi sənaye kompleksinə aid müəssisələrə şamil ediləcək. Məhdudiyyətlər Rusiyanın dağ-mədən sektoruna investisiyalara təsir göstərəcək, həmçinin 4 telekanalın yayımına qadağa qoyulacaq.
Qurumun sammitindən sonra qəbul edilən yekun sənəddə qeyd olunur ki, Avropa İttifaqına üzv ölkələr bundan sonra da Rusiyaya qarşı sanksiyalar siyasətini sərtləşdirməyə hazırdırlar.
Azpost.info