2024-cü ilin sentyabrında iki mindən çox ukraynalı hərbçi Fransadakı təlim mərkəzlərində təlimə başlayacaq.
Azpost.info xəbər verir ki, bu barədə “France Info” Fransa Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazıb.
“Sentyabrın sonunda 2100 Ukrayna hərbçisi iki aylıq döyüş hazırlığı keçmək üçün Fransaya gedəcək. Fransa dekabr ayına qədər 4500-ə yaxın Ukrayna hərbçisinə təlim keçməyi qarşısına məqsəd qoyub”, – məlumatda deyilir.
Azpost.info