2 min manata silah satmaq istəyən şəxs saxlanıldı- FOTO

Bərdədə 2000 manata silah satmaq istəyən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Qanunsuz olaraq satış məqsədi ilə silah əldə edərək saxlamaqda şübhəli bilinən rayon sakini Həsənli Qalib Elbrus oğlu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Onun yaşadığı ünvandan 1 ədəd AK-103 markalı “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 1 ədəd daraq və 75 ədəd patron aşkar edilərək götürülüb. Dindirilmə zamanı o, 44 günlük Vətən müharibəsi zamanı həmin silahı işğaldan azad edilmiş ərazilərdən tapdığını və yaşadığı ünvana gətirərək gizlətdiyini etiraf edib. O, silahı 2000 manata satmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

“Mənim səsim” Seçki Monitorinq Koalisiyası Qüdrət Həsənquliyevlə görüşüb

Sonrakı məqalə

Bölgələrdə olan bir neçə hava limanı xarici şirkətlərin istifadəsinə verilə bilər