ABŞ-ın “Pantone” tədqiqat institutu 2020-ci ilin əsas rəngini seçib. Trend-in məlumatına, bu ada klassik göy rəngi layiq görülüb. Məlumatda qeyd olunur ki, bu rəng ölümsüz və sakit çalardır, alatoran səma haqqında düşüncələr sövq edir. Qeyd edək ki, “Pantone” institutu 2000-ci ildə ilin rəngini seçir. 2019-cu ildə bu ada “canlı mərcan” rəngi layiq görülmüşdü.