“2024-cü il il Ukrayna müharibəsi üçün həlledici il olacaq” –Zelenskinin ofisinin rəhbəri

“2024-cü il il Ukrayna müharibəsi üçün həlledici il olacaq”.

Azpost.info TASS-a istinadən bildirir ki, bunu Vaşinqtonda Hudson İnstitutunda çıxışı zamanı Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak deyib.

Yermak bildirib ki, Ukraynanı çətin qış gözləyir. Onun sözlərinə görə, Ukrayna tərəfinin hal-hazırda silaha ehtiyacı var. Ukrayna prezidentinin ofisinin rəhbəri iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinə xüsusi ehtiyac yaranıb.

Yermak vurğulayıb ki, Kiyev Qərb silahlarının hər bir vahidinin hesabını verməyə hazırdır.

Son zamanlar Qərb mediası ABŞ və Avropa İttifaqının Ukrayna münaqişəsindən yorulduğunu  yazır.

Azpost.info

Əvvəlki məqalə

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Sonrakı məqalə

“Bu pula qəbiristanlıqda 10 sm yer almaq mümkün deyil” –