Əli Hidayət oğlu Əsədov “Şərəf” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyev bu barədə Sərənam imzalayıb.
Sərəncama görə, o, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xüsusi xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Əli Hidayət oğlu Əsədov 1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olub. 1964–1974-cü ildəBakı şəhərindəki 134 saylı orta məktəbi, 1978-ci ildə isə Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1980–1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant, aspirant, kiçik elmi işçi, elmi işçi, 1989–1995-ci illərdə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dosent, kafedra müdiri vəzifələrində çalışıb.
1995–2000-ci illərdə birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
Əli Əsədov 1998-ci il aprelin 17-də Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsinə təyin edilib.
2019-cu il oktyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsi məsələsi Milli Məclisdə 105 nəfərin lehinə səsverməsi ilə onun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsinə razılıq verildi. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən Əli Əsədov Baş nazir vəzifəsinə təyin edilib.
1993-cü ilin fevralında Yeni Azərbaycan Partiyasına daxil olub, YAP ın Siyasi Şurasının üzvüdür.