28 il ərzində Minsk qrupu heç bir nəticə vermədi- Azərbaycan Prezidenti

Yeri gəlmişkən, nəticə nöqteyi-nəzərdən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda ABŞ-ın Prinston Universitetindən olan Maykl Reynoldsun sualına cavabında bildirib.

İşğal dövründə Minsk qrupunun Azərbaycanda çox populyar olmadığını deyən dövlət başçısı qeyd edib: “İndi isə o artıq fəaliyyətini dayandırdığı üçün biz yəqin ki, bu məsələni dərindən müzakirə etməməliyik. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi”.

Əvvəlki məqalə

Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunur

Sonrakı məqalə

Göy soğan damarları möhkəmləndirir və insultdan qoruyur