2 səfir geri çağrıldı –SƏRƏNCAM

Anar Laçın oğlu İmanov Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında, eyni zamanda Kamboca Krallığında və Laos Xalq Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Fəxrəddin İsa oğlu Qurbanov Azərbaycan Respublikasının Xorvatiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Əvvəlki məqalə

Leyla və Arif Yunusların cinayət işi üzrə icraat dayandırılıb

Sonrakı məqalə

Mərakeş Krallığına yeni səfir təyin olundu