45 minə yaxın tələbə artıq ixtisas seçimini edib –DİM

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ixtisas seçimi bütün qruplar üzrə 28 avqust saat 23:59-dək internet vasitəsilə aparılır.

Avqustun 23-ü saat 09:45-ə olan məlumata əsasən 44880 ixtisas seçimi ərizəsi təsdiq edilib.

İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İmtahan verdikləri ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyentlər həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edirlər.

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Əvvəlki məqalə

“Qarabağ” bu gün “Viktoriya” ilə cavab oyununa çıxacaq

Sonrakı məqalə

Aylıq əlavələrin əhatə edəcəyi məktəb direktoru və direktor müavinlərinin sayı