5 ayda “Azəri-Çıraq” yatağından 3 milyard 800 milyon dollar gəlir əldə olunub

Bu ilin yanvar-may aylarında (01.01.2022-01.06.2022 tarixinə) Azərbaycan Respublikası Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan əldə etdiyi gəlirləri 3 828 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur.

ARDNF-dən  verilən məlumata görə, ötən ilin müvafiq dövründə sözügedən göstərici 1 850,2 mln. dollar səviyyəsində idi.

Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, “Inpex” – 9,31%, “Equinor” (keçmiş “Statoil”) – 7,27%, “ExxonMobil” – 6,79%, TPAO – 5,73%, “Itochu” – 3,65% və “ONGC Videsh Ltd.” (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı olub (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalayıblar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

Əvvəlki məqalə

Ölkəyə 5 ayda “Şahdəniz” neft yatağından 526 milyon dollar gəlir gəlib

Sonrakı məqalə

İsrail Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib