“Ukrayna qalib gələcək!”- 7 ölkənin XİN rəhbəri Kiyevə gəldi (FOTO)

Litva, Latviya, Estoniya, Finlandiya, İsveç, Norveç və İslandiyanın xarici işlər nazirləri birlikdə Kiyevə gəliblər.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

XİN rəhbərlərinin Kiyevdə çəkilmiş birgə fotosunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs və onun litvalı həmkarı Qabrielius Landsberqis yayıblar.

“Biz Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Ukrayna ilə tam həmrəyliyimizi ifadə etmək üçün bu gün Kiyevdəyik. Rusiyanın “raket yağışlarına” və barbar qəddarlığına  baxmayaraq, Ukrayna qalib gələcək”, – Edqars Rinkeviçs deyib.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Mixaylovskaya meydanında, məhv edilən Rusiya texnikası fonunda  çəkilmiş fotosunu yayımlayıb.

“Öz dövlətlərinin müstəqilliyini müdafiə edən ukraynalıların cəsarətinə və qətiyyətinə ancaq heyran olmaq olar. Biz lazım olduğu qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik. Rusiya işğalçı müharibəni dayandırıb geri çəkilməlidir”, – XİN rəhbəri yazıb.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanlılar Fransa parlamenti yaxınlığında etiraz aksiyası keçirir –

Sonrakı məqalə

“İran ABŞ yığmasının dünya çempionatından kənarlaşdırılmasını tələb edib”