Xocavənddə avtobus qəzasında xəsarət alan 16 işçi Bakıya gətirilib

Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

Bu barədə APA-ya Füzuli Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Füzuli Rayon Mərkəzi Xəstəxanasında olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

Qeyd edək ki, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib

Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub.

Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir