Yaponiya Rusiyanın daha 4 bankının aktivlərini dondurdu

Yaponiya hökuməti Ukraynaya hərbi təcavüzə görə Rusiyanın daha 4 bankının aktivlərini dondurub.

Azpost.info xəbər verir ki, bunu maliyyə naziri Syuniti Suzuki bildirib. O, məhdudiyyətlərə məruz qalan bankların adını açıqlayıb – VTB Bank, “Bank Otkritiye”, “Sovkombank” və “Novikombank”. Sanksiyalar aprelin əvvəlindən tətbiq olunacaq.

Bu yaxınlarda Tokio üç Rusiya bankının (“Rusiya”, “Promsvyazbank”, VEB) aktivlərini dondurmuşdu.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir