“Sanksiyalara görə bütün dünyada bahalaşma olacaq” –BVF xəbərdarlıq etdi

Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyaları qlobal iqtisadiyyat və maliyyə bazarlarına ciddi təsir göstərəcək.

Azpost.info xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) xəbərdarlıq edib. Fond dünya üzrə qiymət artımını proqnozlaşdırıb və iqtisadi nəticələrin indidən çox ciddi olduğunu bildirib: “Enerji daşıyıcıları və xammalın, o cümlədən buğda və digər taxılların qiyməti kəskin artıb. Bu, inflyasiya təzyiqlərini gücləndirir. Qiymət artımlarının bütün dünyaya təsir edəcəyi gözlənilir. Bu, ilk növbədə, xərclərinin böyük hissəsini ərzaq və yanacaq təşkil edən yoxsul ailələrə aiddir. Münaqişə şiddətlənərsə, iqtisadi zərər daha dağıdıcı olacaq”.

BVF onu da qeyd edir ki, Ukrayna və Rusiya ilə sıx iqtisadi əlaqələri olan dövlətlər çatışmazlıq və tədarükün kəsilməsi riski altındadır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir