Ukrayna taxılı Türkiyə vasitəsilə ixrac oluna bilər

Türkiyənin yüksək rütbəli rəsmisi bildirib ki, Rusiya ilə münaqişə fonunda Ukraynanın istehsal etdiyi taxıl məhsullarının dünya bazarlarına çıxarılması üçün Türkiyə, Rusiya və Ukrayna arasında danışıqlar aparılır.

“Haberglobal” xəbər verir ki, dünyanın əsas taxıl istehsalçılarından olan Ukraynanın ixrac limanları, Rusiyanın nəzarəti altına düşməsi səbəbindən bağlandığından ölkənin ixracı dayanıb.

Məlumata görə, Ukrayna limanlarında ixracı gözləyən 20 mln. tondan çox taxıl var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.