Azərbaycan indiyədək neftdən 163 milyard dollar gəlir əldə edib

İndiyədək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda və “Şahdəniz” qaz-kondensat yatağında 555 mln. ton neft hasil edilib.

Bu barədə Bakı Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, qeyd edilən yataqlardan indiyədək 168 mlrd. kubmetr qaz və 36 mln. tona yaxın qaz kondensatı hasil edilib.

Nazir əlavə edib ki, bu layihələr çərçivəsində 163 mlrd. dollardan artıq gəlir əldə edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.