Yol polisi Səfər Mehdiyevi niyə saxlayıb? –"Ə, görmürsən generaldır?" (VİDEO)

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin hələ vəzifə başında olarkən  yol polisi tərəfindən saxlanılıb.

Azpost.info bildirir ki, bununla bağlı maraqlı kadrlar yayımlanıb.  90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Galendewagen” markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.

O, YPX əməkdaşına “Sən nə həyasız adamsan? Görmürsən general-polkovnik Mehdiyevdir?” sözlərini deyib.

Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.