Hər gün yeməkdən əvvəl bir yemək qaşığı alma sirkəsi ilə bir stəkan su içmək qanda qlükozanın səviyyəsini aşağı salmağa kömək edir.
Azpost.info xəbər verir ki, bunu Türkiyədən olan mütəxəssislər qeyd edirlər.
“Adi sirkə sayəsində qan şəkərinizin səviyyəsini tənzimləyə və iştahınızı azalda bilərsiniz. Üstəlik, bu məhsul arıqlamağa kömək edir. Çünki o, yağların parçalanmasını stimullaşdırır”.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, şəkərli diabet xəstələri dərmanları sirkə ilə tamamilə əvəz edə bilməzlər: “Bu, xəstəliyi müalicə etmir, lakin nişastanın qlükoza çevrilməsi prosesini ləngidir, qan şəkərinin səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa kömək edir. Düzgün dozalarda istifadə edilərsə, müalicənin əsas kursuna təsirli və təhlükəsiz əlavə olacaqdır”.
Azpost.info