“Qarabağ” – “Ferentsvaroş” oyunu bitdi –NƏTİCƏ

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Azərbaycan çempionu “Qarabağ” Macarıstanda “Ferentsvaroş”la qarşılaşıb.

Bakıdakı ilk oyunda 1:1 hesabı ilə  heç-heçə edən Ağdam təmsilçisi cavab görüşündə 3:1 hesabı ilə qalib gələrək pley-offa yüksəlib. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-offda  “Viktoriya” (Çexiya) ilə qarşılaşacaq. “Qarabağ” ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq.

Əvvəlki məqalə

Prezident İlham Əliyev və Mehriban Əliyeva İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edir

Sonrakı məqalə

Yevlaxda yataqxanada yanğına görə cinayət işi başlanıb –