İrəvanda ticarət mərkəzində partlayış nəticəsində 1 nəfər ölüb, 51 nəfər yaralanıb

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

Baş verən partlayış və yanğın nəticəsində ticarət mərkəzi ərazisindəki binalardan biri çöküb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.