Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə və şəhərsalma potensialının istifadə edilməsi və ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilir.
Azpost.info bildirir ki, konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 160-dan çox diplomat və hərbi nümayəndə iştirak edir.
İşitrakçı ölkələrin coğrafiyasına baxdıqda burada Azərbaycanın yaxın dostlarını, strateji tərəfdaşlıq etdiyi, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyi dövlətləri görmək olur.
Avropa Şurasının, MDB-nin, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmayanlar Hərəkatına üzv ölkələrin səfirlərini qədim və Azərbaycanın tarixi ərazisi olan Şuşada görmək mühüm addımdır.
28 ölkəni təmsil edən səfir, 38 dövlətin yüksək ranqlı diplomatları –ümumilikdə 160-dan çox diplomat və hərbi nümayəndənin iştirakı bu toplantının sambalını ortaya qoyur.
İştirakçılar sırasında Britaniyanın, Niderlandın,İsveçin, Qətərin,Ukraynanın, Gürcüstanın,Özbəkistanın, Qırğızıstanın, Tacikistanın, Çinin Bolqarıstanın, Serbiyanın, Bosniya və Herseqovinanın, Türkiyənin, İranın, Argentinanın,Braziliyanın, Dominikanın, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri yer alıb.
Bundan başqa Şuşada konfransa Ankaradan Danimarkanın, Yeni Zelandiyanın, Panamanın, Qvatemalanın, Albaniyanın, Monteneqronun, Vatikanın, Yəmənin, Çadın, Somalinin, İrandan Uqandanın, Moskvadan isə Namibiya və Kamerunun səfirləri gəlib.
Dəvəti qəbul edənlərin sırasında yüksək çinli diplomatlar – Danimarkanın, İtaliyanın, Portuqaliyanın,İraqın, Liviyanın, Çadın, Qvineyanın müvəqqəti işlər vəkilləri yer alıb.
Həmçinin Polşadan, Litvadan, Bəhreyndən, Qətərdən, Monqolustandan, Filippindən səfirin müşavirləri, Macarıstandan, Çexiyadan, Mərakeşdən səfirin müavinləri toplantıya qatılıb.

Lakin bu sırada ABŞ və Fransanın səfirləri yoxdur. Azərbaycan hökumətinin dəvətinə baxmayaraq hər iki səfir Şuşaya səfər etməkdən imtina edib.
Bu addım Azərbaycan tərəfindən mənfi qarşılanıb.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı səfirlərin Şuşaya gəlməməsini “ərazi bütövlüyümüzə qarşı hörmətsizlik” adlandırıb.
“Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşada deyillər. Onlar Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər”-deyə H.Hacıyev vurğulayıb.
ABŞ və Fransanın bu addımı ATƏT-in Minsk Qrupunun həmsədri kimi izah etməyə çalışmaları isə absurddur. Bu ölkələrin münaqişə hələ bitmədiyi barədə iddiaları yalnız subyektiv maraqlara söykənir. 44 günlük Vətən Müharibəsindən sonra regionda status-kvo dəyişib və Minsk Qrupu əhəmiyyətini itirib. Bu gün Xankəndindəki separatçı guruhun siyasi taleyinin həlli Azərbaycanın əlindədir. Hər hansı beynəlxalq vasitəçi qruplarının artıq tarixə keçmiş Qarabağ münaqişəsi üçün “həll respetləri” təklif etməyə can atması yersizdir.
Prezidentin köməkçisi Şuşada çıxışında Minsk Qrupunu effektisz fəaliyyətini tənqid edib. O qeyd edib ki, Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişəyə töhfə verməyib: “Onlar 30 il bizim, Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.
ABŞ və Fransanın Cənubi Qafqazın geopolitik mənzərəsinin müəyyən edilməsində həlledici dövlətə çevrilmiş Azərbaycanla münasibətlərini ikili standartlar üzərindən çıxarmaları yalnız tərəflərə fayda gətirər. Bakı Qarabağı daha geopolitik avantüraların aləti kimi istifadəsinə yol vermək niyyətində deyil. Prezident İlham Əliyev bunu öz bəyanatlarında açıq bəyan edib.
Vaşinqton və Parisin ikili standartlarlara söykənən siyasəti bu ölkələrin Azərbaycanda mövcud olan böyük iqtisadi və siyasi maraqlarına zərbədir. Bundan başqa belə mövqe özünü beynəlxalq nizamın, ölkələrin ərazi bütövlüyü ilə bağlı BMT prinsiplərinin və konvensiyalarının sadiq tərəfdarı elan etmiş dövlətlərin strategiyasına da ziddir.
