“Təbrizin sehirli nağılları”kitabının müəllifi vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, professor, “Təbrizin sehrli nağılları” kitabının müəllifi Cəmilə Həsənzadə vəfat edib.
Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ. Repin adına İnstitutun sənətşünaslıq fakültəsini bitirib.
Cəmilə xanım Təbrizin miniatür boyakarlığı, miniatür məktəbinə aid onlarla kitab, yüzlərlə elmi əsər, məqalə yazıb. O, Azərbaycan, rus, fransız, ingilis dillərini mükəmməl bildiyi üçün ən müxtəlif mənbələrdən yararlanıb, araşdırmalarını danılmaz faktlarla əsaslandırıb.

 

Allah rəhmət eləsin!

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.