“Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır”- Müdafiə Nazirliyi

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlik bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.