“100 dərmandan 89-u yerlidir, səhiyyədə dünya liderlərindən olmaq niyyətindəyik”- ƏRDOĞAN

“Türkiyə səhiyyə sahəsində dünya liderlərindən olmaq niyyətindədir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 8-ci Tibb Türk Dünyası Konqresində çıxışı zamanı deyib.

O, Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı ən iddialı hədəflərdən birinin səhiyyə sektoru üzrə olduğunu bildirib: “Türkiyə Cümhuriyyətin 100-cü ildönümündə “Health Türkiye” brendi ilə dünyada səhiyyə sektorunda lider yerlərdən birini tutmaq niyyətindədir”.

Ərdoğan qeyd edib ki, Türkiyədə istehlak edilən 100 dərmandan 89-u yerli məhsuldur.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.