Narkomanlarla bağlı yayılan videoya DİN-dən münasibət bildirilib

Sosial şəbəkələrdə Nəsimi rayonunda Kliniki Tibbi Mərkəzin həyətində narkotik vasitələrdən istifadə edilməsi ilə bağlı yayılan görüntülərdən xəbərdarıq”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-ya daxil olan məlumatda bildirilir.

Eyni zamanda qeyd edilir ki, həmin görüntülərlə bağlı zəruri tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.