Sosial şəbəkələrdə Rəşad Dağlının oğlunun adından pul yığılır –DİN araşdırma aparır

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta Instaqram hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.

Bu barədə meyxanaçının və oğlu Yusifin Instaqram səhifələrində məlumat paylaşılıb.

Paylaşımda saxta hesabın Rəşad Dağlının oğlu ilə əlaqəsi olmadığı, dələduzluq məqsədilə yaradıldığı bildirilib.

Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.

Əvvəlki məqalə

İstanbuldakı partlayışda yaralananların sayı 81-ə çatıb

Sonrakı məqalə

Bəhreyn Forumunda dini liderlər Azərbaycanın hansı nümunəsini alqışlayıblar?