Ceyhun Bayramov İrana dəvət edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda keçiriləcək “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə,İran) keçirləcək görüşə dəvət olunub. 

Azpost.info İRNA-ya istinadən bildirir ki, bununla bağlı İranın XİN rəhbəri Əmir Abdullahian Ceyhun Bayramovla telefon danışığı zamanı rəsmi dəvəti çatdırıb.

Qeyd edək ki, bu format regional problemlərin diplomatik yolla həlli üçün əsas olaraq nəzərdə tutulur.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran ikitirəfəli münsabətləri müzakirə ediblər.

Abdullahian bildirib ki, Azərbaycanla əlaqələrin inkişafı İranın xarici siyasətində əsas prioritetlərdəndir. O, ölkələr arasında münasibətlərin möhkəmlənməsinin vacibliyini vurğulayıb.

Ceyhun Bayramov Astanada Azərbaycan və İran prezidentlərinin görüşünü xatırladaraq Bakı və Tehranın rəsmi şəxsləri arasında əlaqələri müsbət qiymətləndirib.

Xatırladaq ki, “3+3” formatında ilk görüş 2021-ci ilin dekabrında keçirilib. Orada regionun beş dövlətinin XİN rəhbərlərinin müavinləri iştirak edib. Gürcüstan toplantıya qatılmaqdan imtina edib.  Növbəti görüşün bu ayın sonuna keçirilməsi nəzərdə tutulur.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.