AYB Əlisa Nicata maliyyə yardımı göstərəcək- "Prezident təqaüdü ala biləcək"

Xalq yazıçısı Anar özü Əlisa Nicata müəyyən maliyyə yardımı edəcək.

Bunu APA-ya açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O, Əlisa Nicatın təqaüd alma məsələsinə də toxunub:

“Bundan əlavə, indiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüd almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma, indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək”, – Xəyal Rza deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.