“Time” jurnalı Ukrayna prezidenti Vladimir Zelenskini “ilin adamı”, “Ukrayna ruhunu” 2022-ci ilin simvolu seçib.
Azpost.info xəbər verir ki, bu barədə “Today” məlumat yayıb.
“Time”ın fikrincə, Ukrayna prezidenti son bir ildə özünü demokratiya simvolu kimi göstərib.
“Time” jurnalı 1927-ci ildən bəri hər il “ilin adamı”nı seçir. 2021-ci ildə bu adı sahibkar İlon Mask almışdı.
Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti də Zelenskini “ilin adamı” elan etmişdi.
Azpost.info